Boris Conson Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

13:25 - 22 Fevral 2022

Boris Conson Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verdi

“Rusiyaya dərhal iqtisadi sanksiyalar paketi tətbiq edəcəyik”.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Boris Conson bu barədə hökumətin Ukrayna ilə bağlı təcili iclasından sonra deyib.

Baş nazir bildirib ki, Putinin “DXR” VƏ “LXR”-i tanıması qərarı Ukraynanın suverenliyini açıq-aşkar pozub.

“Putin beynəlxalq hüququ tamamilə pozub və biz dərhal iqtisadi sanksiyalar paketini tətbiq edəcəyik, məncə bu onlar tərəfindən də gözləniləndir”.

Baş nazirin sanksiyalarla bağlı daha ətraflı məlumatı bu gün günorta saatlarında parlamentin aşağı palatasında çıxışı zamanı açıqlaması gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az