Saakaşviliyə dəstək aksiyasında tutulanlar var

14:09 - 22 Fevral 2022

Saakaşviliyə dəstək aksiyasında tutulanlar var

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının aktivistləri paytaxt Tbilisidə hökumətin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

 

Manset.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, etirazçılar ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasını tələb ediblər və bununla əlaqədar olaraq ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşmək istəyiblər. 

Polis əməkdaşları aksiya iştirakçılarına yolu bağlamağa və Baş nazirlə görüşməyə icazə verməyib. Aksiyada polisin qanuni tələblərinə riayət etməmək iddiası ilə 8 aksiya iştirakçısı saxlanılıb. 

Saakaşvili tərəfdarlarının sözlərinə görə, aktivistlər əsassız motivlərlə saxlanılıblar. Hazırda hadisə yerində vəziyyət sakit olsa da, polis və bir neçə aksiya iştirakçısı ərazini tərk etməyib.

Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, 6 il müddətinə həbs olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az