Rusiya Silahlı Qüvvələrinin ölkədən kənar istifadəsinə icazə verildi

21:14 - 22 Fevral 2022

Rusiya Silahlı Qüvvələrinin ölkədən kənar istifadəsinə icazə verildi

Rusiya Federasiya Şurası Donbassdakı vəziyyətlə əlaqədar Rusiya silahlı qüvvələrinin ölkə hüdudlarından kənarda istifadəsinə dair Rusiya prezidentinə razılıq verib.

Manşet.az xəbər verir ki, Müvafiq qərar çərşənbə axşamı parlamentin yuxarı palatasının növbədənkənar iclasında yekdilliklə qəbul edilib. Bu qərarın lehinə 153 deputat səs verib.
"Federasiya Şurası Rusiya Federasiyası Silahlı Qüvvələrinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında Rusiya Federasiyasının hüdudlarından kənarda istifadəsinə Rusiya Federasiyasının Prezidentinə razılıq verilməsi barədə qərar qəbul edir. Rusiya Federasiyasının silahlı qüvvələrinin birləşmələri, onların fəaliyyət sahələri, vəzifələri, Rusiya Federasiyasının hüdudlarından kənarda qalma müddəti Konstitusiyaya uyğun olaraq Rusiya Federasiyasının Prezidenti tərəfindən müəyyən edilir”, - deyə qətnamədə qeyd olunur. 

Sənəd qəbul edildiyi andan qüvvəyə minir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az