Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub, daha 169 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti nazir Viktor Lyaşkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tibb sistemi stabil işləyir. “Bu gün biz təklif etdik ki, ambulator şəraitdə müalicə oluna bilənlər tibb müəssisələrini tərk etsinlər. Biz bunu hərbi vəziyyətin tətbiqi ilə birlikdə bütün ərazidə etdik”, - Lyaşko bildirib.
Onun sözlərinə görə, tibb işçiləri fasiləsiz işləyir.