Ukraynada daha bir hava limanı vuruldu

09:20 - 25 Fevral 2022

Ukraynada daha bir hava limanı vuruldu

Bu gün səhər saatlarında Ukraynanın Rovno şəhərinin hava limanına raket zərbəsi endirilib.

 

Manset.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Aleksandr Tretyak öz rəsmi feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, hava limanına yalnız bir raket atılıb və ciddi ziyan dəyməyib. O bildirib ki, hadisənin detallarını daha sonradan açıqlayacaq.

Bununla yanaşı, şahidlər aeroport tərəfdən gələn güclü partlayışlar barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az