Ukraynada gənc cütlük nikaha girib cəbhəyə yollandı - VİDEO

12:47 - 25 Fevral 2022

Ukraynada gənc cütlük nikaha girib cəbhəyə yollandı - VİDEO

Ukraynada gənc bir cütlük may ayına nəzərdə tutulan nikah tarixlərini önə çəkərək ailə qurublar və cəbhəyə yollanıblar.

 

Manset.az xəbər verir ki, bu barədə “CNN” telekanalı reportaj hazırlayıb.

Məlumata görə, 21 yaşlı Yarina Arieva və 24 yaşlı Svyatoslav Fursinin nikah mərasimi Kiyevdə bir monastrda hava həyəcanı siqnallarının sədası altında baş tutub. Onlar mayın 6-da nikah bağlamağı planlaşdırıblar.

Bildirilir ki, cütlük 2019-cu ildə Kiyevin mərkəzində etiraz aksiyasında tanış olub. Onların sözlərinə görə, gələcəkdə onları nə gözlədiyinə əmin olmadıqlarından indi ailə həyatı qurmağa qərar veriblər.

“Vəziyyət ağırdır. Biz öz torpağımız uğrunda mübarizə aparacağıq. Ola bilsin, biz ölə bilərik və biz sadəcə bütün bunlar baş verənə qədər birlikdə olmaq istədik”, - deyə Yarina Arieva qeyd edib.

Onlar nikahdan sonra yerli Ərazi Müdafiə Mərkəzinə yollanacaqlarını bildiriblər.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az