“Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu deməklə yalan danışır”.
Manset.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Zelenski Rusiya regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər irəli sürdükdə danışıqlar aparmadı və imkanları əldən verdi.