“Odessaya oğlumun yanına gedə bilmirəm” - Vaqif Nağıyev

15:40 - 25 Fevral 2022

“Odessaya oğlumun yanına gedə bilmirəm” - Vaqif Nağıyev

Kiyevdə yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev övladından uzaq düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

“Ötən gün güclü səsdən, partlayış səsindən oyandım. Evimdən 300 metr aralıda mərmi düşmüşdü. Odessaya oğlumun yanına gedə bilmirəm. Qızım hər səsdən qorxur. Ən ağırı isə odur ki, biz heç nə edə bilmirik, bunu düzəldə bilmirik!

Ancaq bir şey demək istəyirəm! Biz sülh istəyirik! Övladlarımız müharibə haqda məlumatı yalnız kitablardan öyrənsinlər, biz onların müharibəni indi görmələrini istəmirik. Biz XXI əsrdə yaşayırıq! #Müharibəyəyox deyək”.

 





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az