Ukraynanın hərbi texnikası paytaxtı müdafiə etmək üçün Kiyevə daxil olur.
Manset.az “Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Ukrayna DİN-in rəhbərinin müşaviri Vadim Denisenko Kiyev sakinlərinə müraciət edib və onları hərbi texnikanın hərəkəti barədə məlumatı sosial şəbəkələrdə yaymamağa çağırıb.
Onun sözlərinə görə, paytaxtı müdafiə etmək istəyən könüllülərə artıq 18 min avtomat paylanıb.
DİN-in məlumatına görə, Kiyevdə diversiya-kəşfiyyat qrupları məhv edilib.
Paytaxtda vəziyyət nisbətən sabitləşsə də, gərginlik davam edir.