Çexiya Ukraynaya 14 milyon dollar ayıracaq

19:02 - 25 Fevral 2022

Çexiya Ukraynaya 14 milyon dollar ayıracaq

Çexiya hökuməti Ukraynaya humanitar yardım üçün 300 milyon kron (təxminən 14 milyon ABŞ dolları) ayırmağa qərar verib.

Manşet.az xəbər verir ki, bunu ölkənin Baş naziri Petr Fiala mətbuat konfransında deyib.

Fiala bildirib ki, Ukrayna qan ehtiyatı və yanacaqla da təmin olunacaq.

Çexiya, həmçinin respublikada uzunmüddətli yaşama icazələrinin verilməsini dayandırır və ölkədə əvvəllər verilmiş yaşayış icazələrinə də baxılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az