Kiyev metrosu sığınacaq rejiminə KEÇDİ

14:27 - 26 Fevral 2022

Kiyev metrosu sığınacaq rejiminə KEÇDİ

Sərnişin daşımalarını dayandıran Kiyev metrosu yalnız sığınacaq qismində istifadə ediləcək.

Manşet.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko özünün sosial şəbəkə hesabında yazıb.

“Metro sığınacaq rejiminə keçib. Nəqliyyat daşımaları həyata keçirilməyəcək”, - deyə mer bildirib.

O, həmçinin, şəhər sakinlərini evlərində və ya sığınacaqlarda qalmağa çağırıb:

“Kritik infrastruktur müəssisələrində işləyənlərdən başqa heç kim Kiyevə daxil olmasın və şəhərdən çıxmasın”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az