Macarıstan Rusiya və Ukraynaya Budapeştdə görüş təklif edib.
Manşet.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto Feysbuk hesabında paylaşım edib.
O qeyd edib ki, Macarıstan sülh istəyir:
“Bunun üçün işləyirik. Ona görə də Rusiya və Ukrayna hökumətlərinin nümayəndələri ilə danışıqlar aparıram ki, Budapeştdə birbaşa müzakirələrə başlasın. Mən bu gün burada Nyu-Yorkda da BMT liderlərindən bu barədə kömək istəyəcəyəm.
Siyetro əlavə edib ki, onun ölkəsinin Rusiyaya qarşı sanksiya qərarlarını bloklamaqla bağlı fikirlər həqiqəti əks etdirmir:
“Yalandan deyirlər ki, Macarıstan guya Rusiyaya qarşı sanksiyaların bəzilərini, məsələn, SWIFT sistemi ilə bağlı qərarı bloklayır. Bu, doğru deyil. Biz heç vaxt hər hansı sanksiya təklifinə qarşı çıxış etməmişik və ya bloklamamışıq”.