Ukraynaya YÜZ MİLYONLARLA hərbi yardım

19:34 - 26 Fevral 2022

Ukraynaya YÜZ MİLYONLARLA hərbi yardım

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya 350 milyon dollar dəyərində təcili hərbi yardımın edilməsinə icazə verib.

 

Manset.az  xəbər verir ki, E.Blinken bildirib ki, yardım paketinə daxil olan silahlar Ukraynanın quru və havadan edilən hücumlara qarşı mübarizə qabiliyyətini gücləndirəcək.

"Bu paket Ukraynaya hazırda üzləşdiyi zirehli, hava-desant və digər təhlükələri aradan qaldırmaq üçün əlavə ölümcül müdafiə yardımını əhatə edəcək. Bu, ABŞ-ın öz suveren, cəsur və qürurlu xalqını müdafiə edən ukraynalıların yanında olduğuna dair daha bir açıq siqnaldır" - deyə Blinken bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az