Ukraynada azərbaycanlılar mühasirəyə DÜŞDÜ

14:15 - 10 Mart 2022

Ukraynada azərbaycanlılar mühasirəyə DÜŞDÜ

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi və sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

 

Manset.az report-a istinadən xəbər verir ki, Afaq Həmidova ilə bu gün əlaqə yaradılıb.

O deyib ki, sağ-salamatdırlar və şəhəri tərk etmək üçün humanitar dəhlizi gözləyirlər.

“Mariupolda demək olar ki, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, - deyə A.Həmidova bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az