Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıblar.
Manset.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, təlimlər aprelin 15-dən iyunun 15-dək davam edəcək.
Təlim zamanı ehtiyatda olan hərbçilər də döyüş növbətçiliyinə cəlb olunacaq, texnikanın gücləndirilməsi üçün istifadə olunacaq.