Ukraynada Rusiyaya məxsus əmlaklar müsadirə olunacaq

18:10 - 10 Mart 2022

Ukraynada Rusiyaya məxsus əmlaklar müsadirə olunacaq

Ukraynada Rusiya Federasiyası və onun vətəndaşlarına məxsus olan əmlaklar müsadirə olunacaq.

Manşet.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Vododimir Zelenski qanun imzalayıb.

Sözügedən sənədə əsasən, Rusiya Federasiyası və Rusiya vətəndaşlarının müsadirə olunan əmlaklarına görə hər hansı təzminat ödənilməyəcək.

“Bu, Rusiyanın Ukraynaya hücum etməsi, ölkəmizə və Ukrayna xalqına qarşı tammiqyaslı aqressiv müharibə aparması ilə əlaqədardır”, - deyə sənəddə qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az