Avropada qazın qiyməti ucuzlaşdı

18:46 - 10 Mart 2022

Avropada qazın qiyməti ucuzlaşdı

Avropa birjalarında bugünkü ticarətin gedişində qazın min kubmetrinin qiyməti martın 1-dən bəri ilk dəfə olaraq 1500 dollardan aşağı düşüb.

Manşet.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın aprel fyuçersinin qiyməti 1469 dollaradək ucuzlaşıb. Ticarətin başlanğıcından qazın qiyməti ümumilikdə 17,5 faiz azalıb.

Qeyd edək ki, Avropa bazarında qazın qiymətində tarixi rekord (3892 dollar) martın 7-də qeydə alınmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az