Kiyev vilayətində “Coca-Cola” zavodu vuruldu

19:34 - 10 Mart 2022

Kiyev vilayətində “Coca-Cola” zavodu vuruldu

Rusiya hərbçiləri Kiyev vilayətində "Coca-Cola" zavodunu atəşə tutub.

Manşet.az unian.net-ə istinadən xəbər verir ki, nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.

"Bolşaya Dımerka yaxınlığında "Coca-Cola" zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib”, - məlumatda deyilir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az