Putin müharibəyə Yaxın Şərqdən “könüllülər” cəlb edəcək - VİDEO

12:57 - 11 Mart 2022

Putin müharibəyə Yaxın Şərqdən “könüllülər” cəlb edəcək - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

 

Manset.az xəbər verir ki, Putin Rusiyanın Ukraynaya qarşı müharibədə “könüllülər”i cəlb edəcəyini açıqlayıb.

“Əgər görsəniz ki, könüllü olaraq gəlib Donbasda yaşayan insanlara kömək etmək istəyənlər var, siz onları yarı yolda qarşılayaraq kömək edib, döyüş bölgəsinə köçməlisiniz”, - deyə Putin müdafiə naziri Sergey Şoyquya xitabən bildirib.

Şoyqu isə öz növbəsində qeyd edib ki, Ukraynada keçirilən xüsusi əməliyyatda “könüllü iştirak” üçün Yaxın Şərqdən 16 minə yaxın müraciət daxil olub.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Rusiyanın Ukraynadakı şəhər döyüşlərində iştirak etmək üçün Suriyadan əsgər cəlb etdiyini yazmışdı.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az