ABŞ Rusiya sərhədlərinə 12 min əsgər göndərdi

09:09 - 12 Mart 2022

ABŞ Rusiya sərhədlərinə 12 min əsgər göndərdi

“Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birlikdə NATO ərazisinin hər qarışını qoruyacaq”.

Manset.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

“Biz tərəfdaşlarımızın yanında olmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik: NATO ərazisinin hər qarışını qoruyacağıq. Ona görə də mən Rusiya ilə sərhədlərə - Latviya, Estoniya, Rumıniya və digər ölkələrə 12 min əsgər göndərdim. Çünki bir hərəkət olsa, cavab verəcəyimizə zəmanət verirəm”, - Amerika prezidenti bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az