“Rusiya hərbçiləri artıq qrup halında əsir götürülür” - Zelenski

19:15 - 12 Mart 2022

“Rusiya hərbçiləri artıq qrup halında əsir götürülür” - Zelenski

“Dünya ordularının əksəriyyəti işğal zamanı rus qoşunlarının itirdiyi qədər orduya malik deyil”.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

"Rusiya hərbçiləri artıq təkbaşına deyil, bütöv qruplar halında əsir götürülür. Onlar qrup halında Ukrayna ərazisindən evlərinə, Rusiyaya getməyə çalışırlar", - Zelenski bildirib.

Eyni zamanda o qeyd edib ki, rus hərbçilər Ukraynanı kəmiyyətlə almağa çalışırlar, lakin bu, nəticə verməyəcək.

Prezident vurğulayıb ki, Ukrayna ordusunun fövqəladə uğurları olsa da, müqavimət enerjisi azalmamalıdır:

“Müdafiə üçün birlikdə çalışmalıyıq. Bu vətən müharibəsidir, bu xalq müharibəsidir, bu bizim müstəqilliyimiz uğrunda müharibədir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az