"Müharibədə Ukraynanın bir neçə şəhəri dağıdılıb"- Zelenski

19:29 - 12 Mart 2022

\"Müharibədə Ukraynanın bir neçə şəhəri dağıdılıb\"- Zelenski

Rusiyanın Ukraynaya hücumu başlayandan indiyədək bir neçə kiçik şəhər dağıdılıb.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici jurnalistlərə müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərini bombalamağa davam edir.

"Ölkənin qərbində xalqımız davamlı bombardmanlara məruz qalmayıb, dağıntılar Kiyev, Xarkov, Mariupol və bir çox şəhərlərdə qeydə alınıb. Və bir neçə kiçik şəhər artıq yoxdur. Bu, böyük faciədir, onlar sadəcə olaraq yoxdur, bundan sonra da olmayacaq”, - Zelenski vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az