Ukraynanı bir gündə 75 min nəfər TƏRK ETDİ

19:40 - 12 Mart 2022

Ukraynanı bir gündə 75 min nəfər TƏRK ETDİ

Martın 11-də Ukrayna ərazisini 75 minə yaxın insan tərk edib.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunub ki, gedənlərin təxminən 49 min nəfəri sərhədin Ukrayna-Polşa hissəsindən keçib. Əvvəlki günlərlə müqayisədə ölkədən çıxanların sayında azalma müşahidə olunub.

Ötən sutka ərzində Ukraynanın qərb sərhədlərində humanitar yüklər daşıyan 900-dən çox nəqliyyat vasitəsi qeydiyyata alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az