Rusiya qoşunları son sutkada Ukraynaya məxsus bir təyyarə və iki “Bayraqdar” da daxil olmaqla, 11 hərbi pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
"Bu gün Rusiya Aerokosmik Qüvvələri Ukrayna ordusuna məxsus bir Su-24 təyyarəsi, iki "Bayraqdar TB-2" də daxil olmaqla, 11 pilotsuz uçuş aparatını vurublar", - Konaşenkov bildirib.