Yıldız Tilbe paylaşımına görə şikayət EDİLDİ

22:35 - 13 Mart 2022

Yıldız Tilbe paylaşımına görə şikayət EDİLDİ

Türkiyəli məşhur müğənni Yıldız Tilbe sahibsiz itlərlə bağlı sosial şəbəkədəki paylaşımına görə prokurorluğa şikayət edilib.

 

Manset.az xəbər verir ki, bu barədə şikayət edən İstanbul Heyvan Haqları Mərkəzi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Y.Tilbe xalqı cinayət işləməyə, qanunlara uymamağa, heyvanları öldürməyə təşviq və təhrik edir.

Qeyd edək ki, məşhur müğənni sahibsiz küçə itlərinin hücumu nəticəsində ölən və yaralanan insanlarla bağlı paylaşım edib. Bildirib ki, insanlara hücum edən küçə itlərini bölgə sakinləri zəhərli ət verərək öldürsünlər.

Y.Tilbe bu paylaşımına görə sosial şəbəkədə tənqid edilib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az