Putinin qızının evinə Ukrayna bayrağı sancıldı - FOTOLAR

11:44 - 15 Mart 2022

Putinin qızının evinə Ukrayna bayrağı sancıldı - FOTOLAR

Fransanın məşhur sahil şəhəri Biarritzdə fəallar Rusiya lideri Vladimir Putinin qızına məxsus olduğu iddia edilən villaya basqın ediblər.

 

Manset.az –ın məlumatına görə, Rusiyanın müstəqil xəbər saytı “The Insider” xəbər verir ki, fəallar villada Putinin qızı Katerina Tixonovanın keçmiş əri Kirill Şamalova məxsus pasportun surətini tapıblar.

Fransa polisi tərəfindən saxlanılan fəallar Alta Mira adlı villanın ukraynalı qaçqınların ixtiyarına verilməsini istəyirlər.

Pierre Haffner dəniz mənzərəli lüks villanın içindən görüntülər paylaşıb. “Agence France-Presse”nin məlumatına görə, eyvanında Ukrayna bayrağı olan villanın sahibi Putinin keçmiş kürəkəni Kirill Şamalovdur.

İddialara görə, Putinin ailəsinin Biarritzdə ən azı üç mülkü var.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az