Çexiyanın baş naziri Petr Fiala Polşa və Sloveniyanın baş nazirləri ilə birlikdə Ukrayna prezidenti Zelenski ilə görüşmək üçün bu gün Kiyevə gedəcəklərini açıqlayıb.
Manset.az xəbər verir ki, Çexiya, Polşa və Sloveniyanın baş nazirləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropa Şurasını təmsil edəcəklər.
Çexiyanın baş naziri Petr Fiala bu barədə Twitter səhifəsində məlumat verib: “Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Yanez Yanşa ilə birlikdə biz bu gün Avropa Şurasının nümayəndələri kimi Kiyevə prezident Zelenski və baş nazir Şmıxalla görüşmək üçün gedirik”.