Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən daha bir hərbi zavod Rusiya ordusu tərəfindən raketlə vurulub.
Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bu dəfə hədəf silah-sursat istehsal edən "Artyom" zavodu olub. 1944-cü ildən silah istehsal edən hərbi zavod hazırkı müharibədə Ukrayna ordusu üçün vacib rol oyanırdı.
Qeyd edək ki, ötən gün Kiyevdə yerləşən "Antonov" adına aviasiya zavodu da raketlə vurulmuşdu.