Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
Manset.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Tərəflər görüş zamanı Cənubi Qafqaz və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, Paşinyan və Klaar Ermənistan-Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, İrəvan və Ankara arasında dialoq barədə fikir mübadiləsi aparıblar.