Zelenskidən iki mühüm Təyinat

20:08 - 15 Mart 2022

Zelenskidən iki mühüm Təyinat

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev Regional Hərbi Administrasiyasına yeni rəhbər və Birləşmiş Qüvvələr əməliyyatına yeni komandan təyin edib.

Manşet.az xəbər verir ki, bununla bağlı videmüraciətində Zelenski deyib: 

“Paytaxtın və regionun müdafiəsini daha da gücləndirmək üçün mən Ukrayna qəhrəmanı, general-leytenant Aleksandr Pavlyuku KRHA rəhbəri, general-mayor Eduard Moskalevi isə Birləşmiş Qüvvələrin əməliyyat komandanı vəzifəsinə təyin etdim. İşdən çıxarılan KRHA rəhbəri Aleksey Kuleba hərbi rəhbərliyə kömək edəcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az