Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
Manşet.az xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.
“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - o, qeyd edib.