CAS Rusiya ilə bağlı qadağanı qüvvədə saxladı

21:38 - 15 Mart 2022

CAS Rusiya ilə bağlı qadağanı qüvvədə saxladı

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Manşet.az xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Futbol İttifaqının şikayəti təmin edilməyib.

Rusiya təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az