Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukrayna meşələrini qırıb satmağı planlaşdırır.
Manşet.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Məlumatda Sergey Şoyqunun şəxsən Putinə ünvanladığı “Müdafiə torpaqlarında meşələrin qırılmasının mümkünlüyü haqqında” məktubu əks olunub. Bundan aydın olur ki, Rusiya Ukrayna meşələrinin kütləvi şəkildə qırılmasını planlaşdırır.
Sənəd Ukrayna “meşələrinin, ağaclarının, kollarının və yaşıllıqlarının” ümumi kəsilməsi üçün icazə almaq məqsədi daşıyır. Torpaqların mülkiyyət formasından və kateqoriyasından asılı olmayaraq istənilən intensivlikdə və istənilən yaşda ağac kəsmələri nəzərdə tutulur.
Qeyd olunur ki, bu gün istisnasız olaraq müvəqqəti işğal olunmuş ərazilərdəki bütün meşələr ən yüksək risk zonasındadır. Yaşıllıqların tamamilə qırılması Rusiyanın daha bir dəhşətli cinayəti və ekosididir”.