İranda çərşənbə mərasimlərində 10 nəfər ölüb, onlarla adamın bədən üzvləri kəsilib - FOTO

22:37 - 15 Mart 2022

İranda çərşənbə mərasimlərində 10 nəfər ölüb, onlarla adamın bədən üzvləri kəsilib - FOTO

İranda bu il keçirilən çərşənbə mərasimlərində baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, yüzlərlə adam yaralanıb.

Manşet.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, yaralılardan 44 nəfərin bədən üzvləri kəsilib.

Bundan başqa, 113 nəfərin görmə qabiliyyəti ciddi zədələnib, 181 nəfər isə yanıq xəsarətləri alıb. Hazırda yaralılardan 31 nəfəri hələ də xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, bu il də daxil olmaqla hər il İranda pirotexniki vasitələrin partladılması nəticəsində yüzlərlə insan ölür və ya ciddi yaralanır.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az