NATO-nun müdafiə nazirləri Brüsseldə GÖRÜŞÜR

12:02 - 16 Mart 2022

NATO-nun müdafiə nazirləri Brüsseldə GÖRÜŞÜR

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Ukrayna gündəliyi ilə Brüsseldə fövqəladə toplantı keçirir.


Manset.az xəbər verir ki, Brüsseldə saat 10:00-da başlayan ilk sessiyada NATO-ya üzv ölkələrlə yanaşı, Ukrayna, Gürcüstan, İsveç və Finlandiya ilə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iştirak edir.


NATO digər tərəfdaş ölkələr və qurumlarla son vəziyyəti qiymətləndirəcək.

Növbəti sessiyada isə NATO-ya üzv ölkələrin müdafiə nazirləri gələn həftə keçiriləcək NATO Liderlər Zirvə Toplantısına qədər bir araya gələrək yekun hazırlıqları nəzərdən keçirəcəklər.


NATO bir tərəfdən maliyyə, humanitar və hərbi dəstəyini davam etdirir, digər tərəfdən də müharibənin NATO sərhədləri daxilində yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri görməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az