Rusiyanın ən böyük hava limanında bəzi terminallar BAĞLANDI

15:40 - 16 Mart 2022

Rusiyanın ən böyük hava limanında bəzi terminallar BAĞLANDI

Rusiyada bəzi aviaşirkətlər və tur şirkətləri Rusiya təyyarələrinin Qərb şirkətləri tərəfindən ələ keçirilməsi riski ilə əlaqədar beynəlxalq uçuşları dayandırıb.


Manset.az xəbər verir ki, Rusiyanın ən böyük hava limanı olan Şeremetyevo Hava Limanından verilən açıqlamada, sanksiyalar nəticəsində sərnişin axınının azalması səbəbindən E və D terminallarının müvəqqəti bağlandığı bildirilib.


Aeroportda üçüncü uçuş-enmə zolağı da bağlanıb.

Görülən tədbirlərin sərnişin axınının həcmi artana qədər qüvvədə olacağı açıqlanıb.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az