Belarus döyüşçüləri Ukrayna cəbhəsində döyüşə qatılmaq üçün Kiyevdən qatarla şəhəri tərk ediblər.
Manset.az xəbər verir ki, Lvivə çatdıqdan sonra silahları və kamuflyajı ilə Qatar Vağzalına gələn 20 belarus döyüşçüsü Ukrayna ordusunun onlara verəcəyi tapşırığı yerinə yetirməyə hazır vəziyyətdə gözləyir.
Komandanın lideri Kulajanka bildirib ki,“Ukrayna müstəqil olmasa, Belarus da müstəqil olmayacaq”.
Rusiyaya qarşı döyüşmək üçün yola düşdüklərini deyən komanda lideri Pavel Kulajanka Belarus prezidenti Aleksandr Lukaşenkodan fərqli olaraq Ukraynanın yanında olduqlarını vurğulayıb.