Ukrayna ordusunun qadın hərbçilərindən biri olan Olqa Semidyanova Rusiya qoşunları ilə döyüşdə həyatını itirib.
Manset.az xəbər verir ki, 12 uşaq anası olan Olqa Semidyanova “Qəhrəman ana” adına layiq görülüb.
Müharibədə hərbi həkim kimi fəaliyyət göstərən O. Semidyanova martın 3-də Donetsk və Zaporojye vilayətləri yaxınlığında həlak olub.
Onun altı övladı olsa da, daha altı azyaşlını internatdan götürərək böyütmüşdü.