SON DƏQİQƏ! Rusiya Avropa Şurasından çıxarıldı - FOTO

17:36 - 16 Mart 2022

SON DƏQİQƏ! Rusiya Avropa Şurasından çıxarıldı - FOTO

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanın təşkilatdan çıxarılması haqda qərar qəbul edib. 

 

Manset.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsinin Rusiyanın qurumdan çıxmasını tələb edən çağırışı dəstəkləyib.

Bununla da Avropa Şurası Parlament Assambleyasının üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qanun layihəsini qəbul ediblər.

Layihənin lehinə 216 deputat səs verib. Əleyhinə heç bir deputat səs verməyib. 3 deputat isə səs verməkdən yayınıb. 

Qeyd edək ki, bu qərar Rusiyanın fevralın 24-dən etibarən Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya 26 il qurumun üzvü olub. Lakin bu gün Rusiya Federasiyasının bayrağı Avropa Şurasının binasının qarşısından çıxarılıb.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az