Rusiya və Ukrayna atəşkəs planı hazırladı - Müharibə dayanır?

19:50 - 16 Mart 2022

Rusiya və Ukrayna atəşkəs planı hazırladı - Müharibə dayanır?

Rusiya və Ukrayna nümayəndə heyətləri Kiyevin neytrallığı və Ukrayna silahlı qüvvələrinin azaldılması şərti ilə atəşkəs və rus qoşunlarının çıxarılması da daxil olmaqla 15 bənddən ibarət münaqişəyə son qoymaq üçün plan hazırlayıblar.

 

Manşet.az xəbər verir ki, belə bir iddia ilə Britaniyanın “Financial Times” qəzeti çıxış edib. Qeyd edilir ki, plan Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini nəzərdə tutur. Eyni zamanda qeyd olunur ki, Ukrayna ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlərdən müdafiə müqabilində digər dövlətlərin hərbi bazalarına ev sahibliyi etməməlidir. 

Rusiya və ya Ukrayna tərəfindən belə bir planın hazırlandığına dair rəsmi təsdiq olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az