Rusiya daha bir separatçı bölgədən qoşunlarını Ukraynaya aparır - VİDEO

20:17 - 16 Mart 2022

Rusiya daha bir separatçı bölgədən qoşunlarını Ukraynaya aparır - VİDEO

Rusiya Ukraynadakı itkilərin yerini doldurmaq üçün daha bir separatçı bölgədən-Gürcüstanın Cənubi Osetiya regionundan öz qüvvələrini aparır.

Manşet.az xəbər verir ki, sosial şəbəkələrdə Sxinvalidəki 4-cü qvardiya motoatıcı  briqadasının canlı qüvvə və texnikasının bir qisminin Ukraynaya yeridilmək üçün Rusiyaya aparıldığını əks etdirən kadrlar yayılıb. Kadrlarda həmin qruplaşmanın Roksk tunelindən keçməklə Rusiya ərazisinə, Şimali Osetiyaya istiqamət aldığı görünür.

Bildirilir ki, Sxinvalidəki 4-cü briqadanın qüvvələri ilə yanaşı yerli muzdlular da Ukraynaya aparılır.

Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qismini, o cümlədən Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini və Suriyadakı hərbi kontingentin bir hissəsini Ukraynaya apardığı açıqlamışdı. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilirdi.

Ukrayna tərəfinin açıqladığı son rəqəmlərə görə Rusiya ordusunun itkiləri 14 min nəfərə yaxınlaşır, o cümlədən minlərlə hərbçi əsir alınıb. Ehtimal edilir ki, Ukraynaya yeridilən ordu qüvvələrinin artıq 40 faizdən çoxu sıradan çıxıb. (virtualaz.org)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az