Ərdoğan da Brüsselə gedir

20:31 - 16 Mart 2022

Ərdoğan da Brüsselə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin martın 24-də Brüsseldə keçiriləcək Zirvə görüşündə iştirak edəcək.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə dövlətinin başçısı polşalı həmkarı ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, NATO liderlərinin Zirvə görüşündə Rusiya-Ukrayna böhranı ilə bağlı görüşlər keçirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də görüşlər keçirmək üçün Brüsselə səfər edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az