Bayden ölkənin Birinci xanımını səhv saldı - VİDEO

20:43 - 16 Mart 2022

Bayden ölkənin Birinci xanımını səhv saldı - VİDEO

ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı ölkənin Birinci xanımını səhv salıb.

Manşet.az xəbər verir ki, vitse-prezident Kamala Harrisin tədbirə qatılmama səbəbini açıqlayan Bayden “Birinci xanımın həyat yoldaşı koronavirusa yoluxub” deyib. Bu zaman Ağ Ev rəhbərinin xanımı “Birinci xanımın əri sənsən” deyə kənardan müdaxilə edib. 

“Düzdür. O, haqlıdır. Bu mənəm”, - deyə Bayden gülərək səhvini düzəldib. Qeyd edək ki, Kamala Harrisin həyat yoldaşı Duqlas Emhoff koronavirusa yoluxub. Harrisin test nəticəsi neqativ çıxsa da, o, Ağ Evdə keçirilən tədbirə qatılmamağa qərar verib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az