Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Manşet.az xəbər verir ki, Ərdoğan Rusiya-Ukrayna müharibəsinin müzakirə olunduğu söhbətdə daimi atəşkəsin vacibliyini vurğulayıb.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün diplomatiya sahəsində səy göstərdiklərini, ən qısa zamanda daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin fayda vermədiyini bildirib.
O, Zelenski ilə rusiya lideri Vladimir Putini bir araya gətirmək üçün səyləri davam etdirəcəyini dilə gətirib.
Həm Ukraynada, həm də qonşu ölkələrdə ukraynalılara humanitar yardım çatdırmaqda davam etdiklərini bildirən Ərdoğan humanitar dəhlizlərin effektiv işləməsinin vacibliyini vurğulayıb.