Rus hərbiçilərinin qaçırdığı şəhər meri sərbəst buraxıldı - VİDEO

23:00 - 16 Mart 2022

Rus hərbiçilərinin qaçırdığı şəhər meri sərbəst buraxıldı - VİDEO

Bir müddət əvvəl Rusiya hərbçiləri tərəfindən qaçırılan Melitopol meri İvan Fedorov azadlığa buraxılıb.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko Teleqram kanalında yazıb. 

"Melitopol meri İvan Fedorov artıq təhlükəsizlikdədir”, - Timoşenko bildirib.

O, Fedorovun əsirlikdən azad edilməsi üzrə xüsusi əməliyyatın uğurla başa çatdığını qeyd edib.

"Vanya sağ-salamatdır və Prezident Volodimir Zelenski ilə telefonla danışıb. Çox yaxında İvan Ukraynanın Melitopol şəhərinin meri vəzifəsinə qayıdacaq”, - Timoşenko bildirib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az