720-dən çox mülki şəxs Ukraynada müharibənin qurbanı olub - BMT

23:27 - 16 Mart 2022

720-dən çox mülki şəxs Ukraynada müharibənin qurbanı olub - BMT

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 726 dinc sakin ölüb, 1 174 nəfər yaralanıb.

Manşet.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bəyanatında deyilir.

Məlumata görə, 3 milyon 63 min 95 ukraynalı hərbi əməliyyatlar səbəbindən qonşu ölkələrə, əsasən də Polşaya gedib.

Fevralın 18-dən fevralın 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 96 min insan Rusiyaya keçib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, mülki qurbanların faktiki sayı daha çox ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az