Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri HƏDƏLƏDİ

10:48 - 17 Mart 2022

Rusiya XİN Ukraynaya qoşun və silah göndərən ölkələri HƏDƏLƏDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

 

Manset.az TASS-a istinadla məlumatına görə, o, bu barədə "Solovyov Live" verilişinin efirində aparıcının sualını cavablandırıb.

"Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır", - XİN rəsmisi bildirib.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az