Ukraynadakı bioloji laboratoriyalarla bağlı yeni sənədlər təqdim edəcəyik - Rusiya MN

12:07 - 17 Mart 2022

Ukraynadakı bioloji laboratoriyalarla bağlı yeni sənədlər təqdim edəcəyik - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim edəcək.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya MN-nin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ukrayna ərazisindən Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılması ilə bağlı yeni sənədlər təqdim olunacaq. Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan yeni sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik”, - deyə rusiyalı general vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az