Rusiya ilə Ukrayna arasında gedən müharibədə peşəsi hərbçi olmayan bir çox ukraynalı ölkəsini qorumaq üçün əlinə silah alaraq cəbhəyə axışıb.
Manset.az xəbər verir ki, onlardan biri də Ukraynanın keçmiş baş naziri, ixtisasca hüquqşünas olan Oleksiy Honçarukdur.
“Mən hüquqşünas və keçmiş baş nazirəm. Bütün bunlara baxmayaraq, mənim silahlı olmağım qəribə deyil. Bu, azadlıq mübarizəsidir və eyni zamanda ölkəmi Putinə qarşı müdafiə etmək mənim borcumdur” –deyə Honçaruk bu qərarını belə izah edib.