Son günlər “Lolipop” mahnısının klipi və tədbirlərin birində kişi dostunun qucağına oturması ilə gündəmdən düşməyən türkiyəli müğənni Gülşen həyat yoldaşı Ozan Çolakoğlu ilə problem yaşadığı, cütlüyün boşanması iddia olunub.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı şayiələrə özünəməxsus şəkildə cavab verib.
Gülşen həyat yoldaşı ilə “Lolipop” mahnısının sədaları altında qucaqlaşaraq rəqs edib, bununla da yazılanların həqiqətə uyğun olmadığını bildirib.
Həmin görüntüləri təqdim edirik: